Kiber Təhlükəsizlik

Risklərin qiymətləndirilməsi, SOC, pentest və audit. Innovice Group banklar, dövlət qurumları və iri holdinqlər üçün kiber təhlükəsizlik üzrə kompleks xidmətlər təqdim edir. Məqsədimiz yalnız boşluqları tapmaq deyil, riskləri ölçülə bilən səviyyəyə endirmək, insidentlərin qarşısını almaq və təhlükəsizlik idarəetməsini davamlı sistemə çevirməkdir. Nələri edirik: • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik xəritəsinin hazırlanması (risk register, prioritetləşdirmə) • Təhlükəsizlik auditi və uyğunluq yoxlamaları (policy/procedure, access control, loglama) • Penetration Testing (pentest): web, mobil, API, daxili şəbəkə, sosial mühəndislik • SOC qurulması və ya mövcud SOC-un optimallaşdırılması (SIEM, use-case, alert tuning) • İnsidentlərin idarə edilməsi: IR plan, playbook-lar, tabletop exercise • Zəifliklərin idarə edilməsi: skan, triage, remediation plan, re-test Nəticə: • Yüksək risklərin azalması və prioritetləşdirilmiş remediasiya planı • İnsidentlərə cavab müddətinin qısalması, false-positive-lərin azalması • Auditlərə daha hazır mühit və ölçülə bilən təhlükəsizlik göstəriciləri (KPI/KRI)