Rəqəmsal Transformasiya
Proseslərin avtomatlaşdırılması və platforma quruculuğu.
Innovice Group təşkilatlarda rəqəmsal transformasiyanı “proses + data + platforma” yanaşması ilə həyata keçirir. Məqsədimiz əməliyyat xərclərini azaltmaq, qərarverməni sürətləndirmək və biznes proseslərini ölçülə bilən, idarə olunan müasir rəqəmsal mühitə daşımaqdır.
Nələri edirik:
• Proses analizi və optimallaşdırma (AS-IS / TO-BE), rəqəmsal yol xəritəsi
• Avtomatlaşdırma (workflow, approvals, RPA), daxili portallar və kabinetlər
• Platforma quruculuğu: modul arxitektura, inteqrasiyalar, API ekosistemi
• Data layer: datamart/warehouse, dashboard-lar, KPI-lar və monitorinq
• Legacy sistemlərin modernləşdirilməsi və təhlükəsiz miqrasiya
• Rol əsaslı idarəetmə, audit trail, SLA və əməliyyat stabilliyi
Nəticə:
• Proseslərin sürətlənməsi, insan səhvlərinin azalması
• İnteqrasiya olunmuş sistemlər və real-time analitika
• Ölçülə bilən məhsuldarlıq artımı və idarə olunan platforma